DYP dumanlı hava ilə bağlı müraciət edib

DYP dumanlı hava ilə bağlı müraciət edib
# 11 mart 2023 09:01 (UTC +04:00)

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda müşahidə edilən dumanlı hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev APA-ya açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.

Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR