Ələt-Astara yolunda mikroavtobusla "KamAZ" toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB - FOTO - VİDEO

Ələt-Astara yolunda mikroavtobusla "KamAZ" toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB  - FOTO  - VİDEO
# 18 fevral 2022 11:06 (UTC +04:00)

Ələt-Astara magistralında bu gün baş verən qəzada ölənlərin sayı 2-yə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirliən Mayis Rəcəbli xəstəxanada ölüb.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarət alan Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü Abışova Ceyran Nurulla qızı, Masallı rayon sakini, 1966-cı il təvəllüdlü Səbziyev Eynəli Məhərrəm oğlu, Sumqayıt sakini, 1970-ci il təvəllüdlü Validə Nəcəfova və Cəlilabad sakini, 1964-cü il təvəllüdlü Sara Qasımova Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

***

10.03

Fövqəladə Hallar Nazirliyi (FHN) Ələt-Astara magistralında baş verən qəza ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Salyan rayonunda (Ələt-Astara magistral avtomobil yolunun 72-ci kilometrliyi) “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişini deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

08.27

Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

99 JT 145 dövlət nömrə nişanlı mikroavtobus “KamAZ” markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Onlardan 2-si kişi, 3-ü qadındır.

Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR