FHN: 62 yanğın və 1 partlayışa çıxış olub, 6 nəfər xilas edilib

FHN: 62 yanğın və 1 partlayışa çıxış olub, 6 nəfər xilas edilib
# 23 iyul 2022 11:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA FHN-ə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 62 yanğın və 1 partlayışa çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib,

Astara rayonunda su kanalına düşən "Mercedes" markalı minik avtomobilindən sürücü 1988-ci il təvəllüdlü Nəsirov İdrak Təbriz oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Sabunçu rayonunda yanğınla nəticələnən partlayış zamanı 1 nəfər xəsarət alıb.

Bundan başqa, Lənkəran şəhərinin Tükəvilə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimova Fəxriyyə Söhbət qızının axtarışlarına xilasetmə qüvvələri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR