FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb - VİDEO - YENİLƏNİB

FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb - VİDEO  - YENİLƏNİB
# 24 iyun 2022 11:11 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

FHN-dən APA-ya verilən xəbərə görə, bu gündən etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.

***

10:20

Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyənin Muğla bölgəsində meşə yanğınlarının söndürülməsi əməliyyatlarına başlayır.

APA xəbər verir ki, “BE-200ÇS” amfibiya tipli təyyarə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə yola salınıb.

“BE-200ÇS” amfibiya tipli təyyarə ötən gün Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR