FHN-in amfibiya təyyarəsi Türkiyəyə yola düşüb - YENİLƏNİB

FHN-in amfibiya təyyarəsi Türkiyəyə yola düşüb - YENİLƏNİB
# 23 iyun 2022 17:05 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.

Bu barədə APA-ya FHN-dən bildirilib.

***

15:16

Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.

APA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR