FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - VİDEO

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib  - VİDEO
# 17 yanvar 2023 09:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.

Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR