FHN Lənkərandakı yanğınla bağlı məlumat yayıb

FHN Lənkərandakı yanğınla bağlı məlumat yayıb
# 09 noyabr 2022 08:33 (UTC +04:00)

Lənkəranda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

APA xəbər verir ki, hadisə Lənkəran şəhərinin Digah kəndində baş verib.

Ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

“Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”,- deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR