FHN: Ötən sutka 58 yanğına çıxış olub, 31 nəfər xilas edilib

FHN: Ötən sutka 58 yanğına çıxış olub, 31 nəfər xilas edilib
# 06 iyun 2022 10:37 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 58 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 31 nəfər, o cümlədən Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması nəticəsində qəzaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış 23 nəfər və Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində intihar məqsədilə özünü suya atan 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR