Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri tərəfindən Türkiyənin zəlzələ baş verən Kahramanmaraş bölgəsində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl FHN xilasediciləri tərəfindən yaşlı qadının meyiti dağıntılar altından çıxarılaraq təhvil verilib.
***
10.20
Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri tərəfindən Türkiyənin zəlzələ baş verən Kahramanmaraş bölgəsində səhər saatlarında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, FHN xilasediciləri tərəfindən daha iki nəfərin meyiti dağıntılar altından çıxarılıb.