Bank Of Baku

Füzuli Dram Teatrının avtomobilini qarət edən şəxs tutulub

Füzuli Dram Teatrının qarət edilən avtomobili

© APA | Füzuli Dram Teatrının qarət edilən avtomobili

# 29 mart 2022 11:19 (UTC +04:00)

Füzuli rayon Dövlət Dram Teatrının avtomobilini qarət edən şəxs saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə martın 26-da saat 18 radələrində S.Vurğun küçəsində Füzuli rayon Dövlət Dram Teatrına məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində 1500 manat pul, sənədlər və bank kartı olan çantanın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş G.Əsədov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR