Füzulidə ikimərtəbəli obyektdə yanğın olub

Füzulidə ikimərtəbəli obyektdə yanğın olub
# 22 may 2022 16:57 (UTC +04:00)

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 400 m² olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin (2-ci mərtəbəsi çayxana, 1-ci mərtəbəsi aptek və.s) 1-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində sənədlər 15 m² sahədə yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yüksək temperaturdan lambirindən ibarət arakəsmə divar əriyib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR