Füzulidə kanaldan meyiti tapılan şəxs 11-ci sinif şagirdi olub

Füzulidə kanaldan meyiti tapılan şəxs 11-ci sinif şagirdi olub
# 05 iyul 2022 09:45 (UTC +04:00)

Füzulidə ötən gün kanaldan tapılan şəxsin kimliyi məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, həmin şəxs 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur.

Ötən gün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Baş Mil kanalında axtarışlar zamanı onun meyiti tapılaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Zaur Süleymanov 11-ci sinifi bu il bitirib. O, "Son zəng"i tədbirindən bir müddət əvvəl itkin düşmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR