Füzulidə yanğın olub

Füzulidə yanğın olub
# 25 yanvar 2023 18:13 (UTC +04:00)

Füzuli rayonunun 10 №-li Qayıdış qəsəbəsində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, dəhlizinin, mətbəxinın və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR