Füzulidə yol qəzası olub, 4 nəfər xəsarət alıb

Füzulidə yol qəzası olub, 4 nəfər xəsarət alıb
# 23 iyun 2022 10:26 (UTC +04:00)

Füzulidə baş verən qəzada 4 nəfər, o cümlədən ata və oğul xəsarət alıb.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil qarşıdan gələn “LADA 2110” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2106” markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Əliyev Əlizadə Novruz oğlu və sərnişini, 1983-cü il təvəllüdlü Vəliyeva Zemfira Akif qızı, həmçinin “LADA” markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Əhmədov Hüseyn Bahadur oğlu və maşında olan atası, 1956-cı il təvəllüdlü Əhmədov Bahadur İslam oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR