Gədəbəydə "Niva" qaçıran şəxs saxlanılıb

VAZ-2121, Niva

© APA | VAZ-2121, Niva

# 11 yanvar 2022 09:46 (UTC +04:00)

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Daşkəsən rayon sakini avtomobillə birgə saxlanılıb.

Gədəbəy rayonunda qaçırılan avtomobil polis əməkdaşları tərəfindən tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Gədəbəy RPŞ-yə müraciət edən Qaravəlilər kənd sakini Ç.Paşayev 2021-ci il dekabrın 17-dən 27-dək olan müddətdə Novo Saratovka kəndi ərazisindən ona məxsus “VAZ-2121” markalı avtomobilin qaçırıldığı barədə məlumat verib.

Hüququ mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Daşkəsən rayon sakini E.Qasımov avtomobillə birgə Bakı-Qazax yolunda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR