Gəncə sakininin iki avtomobili yandırılıb

Gəncə sakininin iki avtomobili yandırılıb
  • Clock-gray 16:27
  • calendar-gray 13 Noyabr 2019

Gəncədə avtomobil yandırılıb.

APA-yerli bürosunun məlumatına görə, hadisə şəhərin “DOS-6”, mənzil 4 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Sultan Əliyevə məxsus minik avtomobili və sərnişindaşıma üçün nəzərdə tutulan mikroavtobusu yandırılıb. Bir neçə ay əvvəl də eyni hadisə ilə üzləşən zərərçəkən hadisənin qəsdən törədildiyini iddia edir və tapılaraq məsuliyyətə cəlb olunmasını istəyir.

Zərərçəkənin müraciəti əsasında Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

Hələlik şübhəli kimi saxlanılan yoxdur.

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date