Gəncədə 18 yaşlı qadın bıçaq xəsarəti alıb

Gəncədə 18 yaşlı qadın bıçaq xəsarəti alıb
# 11 aprel 2023 08:52 (UTC +04:00)

Gəncədə qadın çiynindən bıçaq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gəncəvi küçəsində qeydə alınıb.

Şəhər sakini - 2005-ci il təvəllüdlü S.Əlizadə çiyin nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 18 yaşlı gənc qadın özünə bıçaqla xəsarət yetirib. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR