Gəncədə 3 nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB-2

Gəncədə 3 nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB-2
# 31 yanvar 2023 09:20 (UTC +04:00)

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları 3 nəfər şəxsə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Babək Nəsirovun istintaqa təhvil verilməsi istiqamətində keçirdikləri tədbir nəticəsində şübhəli şəxs Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə APA-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

***

30.01.2023

21:52

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub. Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

***

21.39

Gəncədə bir ailənin 3 üzvünün bıçaqlanmasını təfərruatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, həmin şəxsləri Elnurə Əlimərdanovun keçmiş həyat yoldaşı yaşadıqları evdə bıçaqlayıb.

Hadisə Əlimərdanovlar ailəsinin yaşadığı Atatürk prospektində yerləşən evdə qeydə alınıb. Onun saxlanılması istiqamətində axtarışlara başlanıb.

***

21.29

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova, 1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç zərərçəkənin yaraları tikilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumta görə bıçaqlanan şəxslər bir ailənin üzvüləridir. Hadisəsin səbəbi məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR