Gəncədə 50 yaşlı qadın intihar edib

Gəncədə 50 yaşlı qadın intihar edib
# 28 aprel 2022 14:46 (UTC +04:00)

Gəncədə intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "AQTA 6" adlanan yaşayış massivində qeydə alınıb. Sözügedən ərazidə yaşayan 1972-ci il təvəllüdlü A.Məhərrəmova yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə verilib. Məlumata görə, 50 yaşlı qadın əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR