Gəncədə arvadını öldürənin məhkəməsi başlayır

Gəncədə arvadını öldürənin məhkəməsi başlayır
# 06 oktyabr 2022 09:25 (UTC +04:00)

Gəncədə arvadını öldürməkdə təqsirləndirilən Sabir Şabanovun cinayət işi üzrə istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib.

Qeyd edək ki, hadisə şəhərin Ərdəbil küçəsində qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, həkimlərinin səyinə baxmayaraq xəstəxanada ölüb.

Hadisəni onun həyat yoldaşı Sabir Şabanovun törətdiyi məlum olub. Sabir Şabanovun qısqanclıq zəminində həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR