Gəncədə avtobusun vurduğu qadın xəstəxanada ölüb

Gəncədə avtobusun vurduğu qadın xəstəxanada ölüb
# 11 aprel 2023 23:57 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

9 saylı xətt üzrə işləyən "Hyundai" markalı avtobus yolu qarşı tərəfə keçmək istəyən 31 yaşlı Dünya Həsənovanı vurub.

Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR