Gəncədə avtomobil 3 piyadanı vuraraq binaya çırpılıb - FOTO - VİDEO

Gəncədə yol qəzası

© APA | Gəncədə yol qəzası

# 03 fevral 2022 17:20 (UTC +04:00)

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Chevrolet Cruze” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarı ilə gedən 3 qadını - 1968-ci il təvəllüdlü Zəminə Şəfiyeva, 1977 ci il təvəllüdlü Zərifə Məmmədova və 1974-cü il təvəllüdlü Cəmilə Salmanovanı vurub. Daha sonra avtomobil 5 mərtəbəli binaya çırpılıb. Qəza zamanı sürücü və 3 qadın piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR