Gəncədə avtomobildən 15 min manatlıq 81 telefon oğurlanıb

Gəncədə avtomobildən 15 min manatlıq 81 telefon oğurlanıb
# 29 sentyabr 2022 12:11 (UTC +04:00)

Gəncədə avtomobildən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində “Chevrolet” markalı bir avtomobildən 15000 manat dəyərində 81 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən Gəncə sakini O.Hüseynov saxlanılıb, 3 nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR