Gəncədə güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb - FOTO - VİDEO

Gəncədə güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb - FOTO  - VİDEO
# 12 iyul 2022 15:31 (UTC +04:00)

Güclü külək Gəncədə fəsad törədib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün günorta saatlarında əsən güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində iri gövdəli ağac" VAZ 2106" markalı avtomobilin üzərinə aşıb.

Nəticədə avtomobil yararsız hala düşüb. Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Hazırda qərb bölgəsində küləkli hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR