Bank Of Baku

Gəncədə güclü külək yanğına səbəb olub - FOTO

Gəncədə yanğın

© APA | Gəncədə yanğın

# 12 aprel 2022 17:24 (UTC +04:00)

Gəncə şəhərində əsən güclü külək yanğına səbəb olub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Adil Ziyadxanov küçəsində qeydə alınıb.

İlkin xəbərə görə, yüksək gərginlikli elektrik xəttində baş verən qısaqapanma keçmiş Xalça Zavodunun sahəsində yanğına səbəb olub.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun söndürülməsi istiqamətində iş aparılır.

Bundan əlavə, güclü külək nəticəsində şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Eyni zamanda, işıqforlar işləmir, bu isə tıxacın yaranmasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR