Gəncədə iki maşın toqquşub, daha sonra piyada vurulub

Gəncədə iki maşın toqquşub, daha sonra piyada vurulub
# 05 noyabr 2022 16:53 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunu verdiyi xəbərə görə, hadisə “Bazar” adlanan ərazidə qeydə alınıb.

“Hyundai” markalı avtomobil “VAZ 21011” markalı minik avtomobilinə çırpılıb. İdarəetməni itirən “Hyundai” daha sonra yolun kənarında dayanmış piyadanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR