Gəncədə keçmiş məhkumdan tapança götürülüb

Gəncədə keçmiş məhkumdan tapança götürülüb
# 09 fevral 2022 10:52 (UTC +04:00)

Gəncə şəhər sakinlərində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Miyani şəhər ərazisində saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Revolver” tipli tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.

ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Ramin Qasımovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkar edilib. Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR