Gəncədə 46 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB - VİDEO

Gəncədə 46 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB  - VİDEO
# 01 oktyabr 2022 09:16 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimovun naməlum şəxs tərəfindən boğaz nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində ölməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, dərhal hadisə yerinə Gəncə şəhər Prokurorluğunun və 2-ci Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aftandil Kərimov saxlanılaraq prokurorluğa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***

07.38

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb.

Fuad Abdulhəmidov boyun nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilsə də, həyatını xilas etmək mümükün olmayıb. Hadisənin səbəbi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR