Gəncədə küçədə avtomobil yanıb - FOTO

Gəncədə küçədə avtomobil yanıb - FOTO
# 30 aprel 2023 20:28 (UTC +04:00)

Gəncədə küçədə dayanan avtomobil qəfildən alışıb.

APA-nın yerli bürosu şahidlərə istinadən xəbər verir ki, şəhərin Cavad xan küçəsində park olunmuş “Daewoo Nexia” markalı avtomobil anıdən yanıb.

Hadisə yerinə FHN-nın Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə maşınları və əməkdaşları cəlb olunub. Alov qısa zamanda söndürülüb. Yanğın zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR