Gəncədə maşın dayanacağa çırpılıb

Gəncədə maşın dayanacağa çırpılıb
# 23 may 2023 10:04 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. "Ramada Plaza"nın qarşısında sürətlə hərəkət edən "Tofaş" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yol kənarına çıxaraq avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacaq təmamilə dağılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR