Gəncədə minik maşınları toqquşdu xəsarət alan var  - FOTO

Gəncədə minik maşınları toqquşdu xəsarət alan var   - FOTO
# 25 aprel 2022 23:28 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

İki “VAZ” markalı avtomobilin toqquşması ilə sürücülərdən biri xəsarət alıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR