Gəncədə motosiklet yeniyetmə oğlanı vuraraq xəsarət yetirib

Gəncədə motosiklet yeniyetmə oğlanı vuraraq xəsarət yetirib
# 19 mart 2023 22:33 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə motosiklet yolu qarşı tərəfə keçmək istəyən 15 yaşlı Nihat Kərimovu vurub. Piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə qəzadan sonra motosiklet sürücüsü hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR