Gəncədə ötən gün avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs “Opel" markalı minik maşınının vurduğu piyada, Samux rayon sakini 1976-cı il təvəllüdlü Vüsal Hacıyevdir.
***
01.03.2022
17:10
Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan "Opel" markalı minik maşını yolu keçmək istəyən Samux rayon sakini 1976-cı il təvəllüdlü Vüsal Hacıyevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır