Gəncədə piyadanı vurub öldürüb hadisə yerindən qaçan sürücü tutulub.
APA-nın yerli bürosunun məlumatına görə, piyadanı vuran "Ford Tranzit”in sürücünün 1969-cu il təvəllüdlü Ceyhun Hüseynov olduğu müəyyən edilib və o, saxlanılıb.
***
15 may, 21.35
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Vəliyev İlyası vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İlkin məlumata görə, piyadanı “Ford” markalı yük maşını vurub.
Qəzadan sonra sürücü hadisə yerini tərk edib.
Faktla bağlı araşdırma aparılır.