Bank Of Baku

“Bitcoin”in qiyməti 74 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti 74 min dollardan aşağı düşüb
# 11 noyabr 2026 08:29 (UTC +04:00)

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti ucuzlaşıb. “Bitcoin”in qiyməti 74 min dollardan aşağı düşüb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,97% azalaraq 73769,23 ABŞ dollarına enib. Son 7 gündə isə azalma 3,76% təşkil edib.

“Ethereum”un qiyməti 2,31% azalaraq 2064,38 dollara, BNB-nin qiyməti 0,89% geriləyərək 682,91 dollara düşüb. Ən kəskin azalma “Zcash”da qeydə alınıb. Bu kriptovalyutanın qiyməti 10,93% azalaraq 1026,18 dollara enib.

Digər kriptovalyutalardan “Monero”nun qiyməti 0,48% azalaraq 565,22 dollara, “Bitcoin Cash”in qiyməti 3,18% geriləyərək 230,44 dollara düşüb. “Bittensor” 0,48% azalaraq 220,41 dollara, “Quant” isə 5,68% ucuzlaşaraq 181,25 dollara enib.

Qızıl əsaslı kriptovalyutalarda da azalma müşahidə olunub. “PAX Gold”un (PAXG) qiyməti 1,38% azalaraq 4038,10 dollara, “Tether Gold”un (XAUT) qiyməti isə 1,41% geriləyərək 4034,89 dollara düşüb.

“CoinMarketCap 20” indeksi son 24 saatda 1,66% azalaraq 147,48 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə təxminən 1,48 trln. dollar olub.

Analitiklər bildirirlər ki, kriptovalyuta bazarında davam edən eniş investorların riskli aktivlərə münasibətdə ehtiyatlı davranması və satış təzyiqinin güclü qalması ilə əlaqəli ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR