Gəncədə yeni doğulan körpə ölüb

Gəncədə yeni doğulan körpə ölüb
# 16 yanvar 2023 14:25 (UTC +04:00)

Gəncə Perinatal Mərkəzində yeni doğulmuş körpə ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə yanvarın 15-də qeydə alınıb.

Qazax rayonu Çaylı kənd sakini, 1987-ci il təvəllüdlü Rəfiqə Xudai yanvarın 12-də mərkəzə yerləşdirilib. Qadın elə həmin gün mərkəzdə qeysəriyyə yolu ilə körpə dünyaya gətirib, 3 gün sonra körpə ölüb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor müavini, Perinatal Mərkəzin rəhbəri Sevda Hüseynova APA-ya bildirib ki, uşaq vaxtından əvvəl dünyaya gəlib, 2 kq 200 qram çəkisi olub. İlkin məlumata görə, körpədə beyin daxili qan sızma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR