Gəncədə piyadanı vurub qaçan sürücü tutulub - YENİLƏNİB

Gəncədə piyadanı vurub qaçan sürücü tutulub  - YENİLƏNİB
# 16 may 2022 10:08 (UTC +04:00)

Gəncədə piyadanı vurub öldürüb hadisə yerindən qaçan sürücü tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, piyadanı vuran "Ford Tranzit”in sürücünün 1969-cu il təvəllüdlü Ceyhun Hüseynov olduğu müəyyən edilib və o, saxlanılıb.

***

15 may, 21.35

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Vəliyev İlyası vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin məlumata görə, piyadanı “Ford” markalı yük maşını vurub.

Qəzadan sonra sürücü hadisə yerini tərk edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR