Gəncədə yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO

Gəncədə yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO
# 05 noyabr 2022 18:20 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-ın xəbərinə görə, hadisə Gəncə-Göygöl yolunun şəhərin Gülüstan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" və "VAZ 2106 " markalı minik maşınları toqquşub. Bundan sonra "Hyundai" yol kənarındakı işıq dirəyinə çırpılıb. 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR