Gəncədə zəncirvarı qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə zəncirvarı qəza olub, xəsarət alanlar var - FOTO
# 07 aprel 2023 11:25 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21015" markalı avtomobil idarəetmənin itməsi nəticəsində "VAZ-2106" markalı maşına çırpılıb. Nəticədə sonuncu avtomobil yol kənarında dayanan taksiyə dəyib.

İlkin məlumata görə, qəza zamanı iki nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR