Goranboy sakini döyülərək xəsarət alıb

Goranboy sakini döyülərək xəsarət alıb
# 14 oktyabr 2019 00:08 (UTC +04:00)

Goranboy sakini münaqişə zəminində döyülüb.

APA-nın Mingəçevir bürosunun məlumatına əsasən, hadisə Kələk kəndində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Sarıyev Sahil Sarı oğlu münaqişə zəminində həmkəndlisi tərəfindən döyülərək xəsarət alıb. Zərərçəkən özü Goranboy rayon xəstəxanasına müraciət edib və Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR