Goranboy sakininə Gəncədə balta ilə xəsarət yetirilib - FOTO

Goranboy sakininə Gəncədə balta ilə xəsarət yetirilib  - FOTO
# 30 yanvar 2022 18:27 (UTC +04:00)

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsində baş verib.

1971-ci il təvəllüdlü T.Bədəlov baş nahiyəsinin çapılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yaraları tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

T.Bədəlovun sözlərinə ona 2 qardaş tərəfindən balta ilə xəsarət yetirilib. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR