Goranboy sakinləri Mingəçevirdə yol qəzasında yaralanıb

Goranboy sakinləri Mingəçevirdə yol qəzasında yaralanıb
# 12 iyun 2019 22:52 (UTC +04:00)

Mingəçevirdə motosikletlə avtomobilin toqquşması nəticəsində üç Goranboy sakini yaralanıb.


APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Asan Xidmət Mərkəzinin yaxınlığında baş verib.

”Muravey” markalı motosiklet markası hələlik məlum olmayan avtomobillə toqquşub. Qəza nəticəsində motosikletdə olan üç nəfər Goranboy sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olmaması səbəbindən hələlik kimlikləri tam müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR