Goranboyda minik maşını aşıb, xəsarət alanlar var

Goranboyda minik maşını aşıb, xəsarət alanlar var
# 27 avqust 2022 15:04 (UTC +04:00)

Goranboyda xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR