Goranboyda yol qəzası olub, xəsarət alanlar var

Goranboyda yol qəzası olub, xəsarət alanlar var
# 16 avqust 2022 19:47 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Qarqucaq kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" ilə "Nissan" markalı minik maşınları toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR