Göyçayda ana və iki azyaşlı övladı qəzada xəsarət alıb

Göyçayda ana və iki azyaşlı övladı qəzada xəsarət alıb
# 23 oktyabr 2019 15:58 (UTC +04:00)

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Göyçay rayonunda 99-JL-405 dövlət nömrə nişanlı "SHACMAN" markalı avtomobili aşıb. Eyni ərazidə hərəkətdə olan 99-RF-546 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobilinin sürücüsü, Goranboy sakini, Quliyev Sakit Salman oğlu yolda qəzaya uğramış həmin yük avtomobilinə baxarkən qəflətən idarəetməni itirib və qarşı tərəfdən gələn Göyçay sakini Kərimov Fazil Fərhad oğluna məxsus 10-RV-688 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "Mercedes"də olan 3 nəfər - Ucar sakinləri, 1972-ci il təvəllüdlü Kərimova Mehriban Əlisurət qızı və onun iki övladı, 2003-cü il təvəllüdlü Kərimova Aysu Teymur qızı, 2016-cı il təvəllüdlü Kərimov Yusif Teymur oğlu xəsarət alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR