Göyçayda avtomobil ağaca çırpılıb, yaralılar var - FOTO - VİDEO

Göyçayda avtomobil ağaca çırpılıb

© APA | Göyçayda avtomobil ağaca çırpılıb

Foto al #
# 23 iyun 2022 10:44 (UTC +04:00)

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə "VAZ-21011" markalı minik avtomobili Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı rayonun Qaraxıdır kənd sakinləri, 1968-ci il təvəllüdlü Abdullayev Fərman Mehman oğlu və 2010-cu il təvəllüdlü Abdullayev Əlvan Fərman oglu xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR