Göyçayda ev yanıb

Göyçayda ev yanıb
# 19 noyabr 2022 00:06 (UTC +04:00)

Göyçayda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Ərəb kənd sakini Yeganə Süleymanovaya məxsus ikimərtəbəli, 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı evin bir hissəsi yansa da qalan hissəsi yanğından mühafizə olunub.

Məlumata görə, hadisə baş verən zamanı evdə heç kim olmayıb.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR