Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayonu ərazisində 2002-ci il təvəllüdlü Mirzəyev Toğrul İlqar oğlunun idarə etdiyi "VAZ 21099" markalı və 1974-cü il təvəllüdlü Şəfiyev Rəhman Valeh oğluna məxsus "VAZ 2108" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər - 1972-ci il təvəllüdlü Şükürov Hacı Nəzər oğlu, 1970-ci il təvəllüdlü Mirzəyev İlqar Rasim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.