Göyçayda qanunsuz ov edən şəxslər saxlanılıb

Göyçayda qanunsuz ov edən şəxslər saxlanılıb
# 14 oktyabr 2019 11:43 (UTC +04:00)

Göyçayda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovla məşğul olan Şəhadət kənd sakini R.Hacıyevdən müvafiq sənədləri olan “İJ-54” markalı tüfəng, 13 ədəd patron, 5 ədəd giliz, Göyçay şəhər sakini İ.Məlikovdan isə müvafiq sənədləri olan “Sent-Tite” markalı tüfəng, 10 ədəd patron, 1 ədəd giliz və 2 ədəd quş götürülüb.

R.Hacıyev və İ.Məlikov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR