Göygöldə evdən 5 min manatlıq qızıl oğurlanıb

Göygöldə evdən 5 min manatlıq qızıl oğurlanıb
# 11 noyabr 2019 18:49 (UTC +04:00)

Göygöldə evdən oğurluq olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki evlərin birindən 400 manat pul, 5000 manat dəyərində qızıl-zinət əşyaları və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ü.Novruzov və R.Ələkbərov saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR